[email protected] +994 99 303 07 01

Quyuda təzahürün qarşısının alınması

Təzahür nədir?

Qazma əməliyyatları zamanı lay flüdlərinin(su, neft, qaz və ya bu üçünün birləşməsi) quyuya daxil olması təzahür adlanır və təzahür halı yarandıqda quyuda atqı baş verməsi ehtimalı olur.

Quyunu avadanlıq (fontana qarşı avadanlıq- BOP) vasitəsilə bağlamaq mümkün olarsa, bu lay flüdinin quyuya axmasının qarşısını alır və belə şərait nəzarət edilən təzahür adlanır. Əks halda isə bu nəzarət edilməyən təzahürdür və təhlükəli hesab olunan atqı sayılır.

 

Fontanın səbəbləri

Təzahür lay flüdinin təzyiqi qazma məhlulunun quyudayaratdığı təzyiqdən artıq olduğu hallarda baş verir. Başqa sözlə desək, təzahür təzyiqlər düşgüsü (qazma məhlulunun təzyiqi ilə lay flüdinin təzyiqi arasındakı fərq) mənfi olan hallarda yaranır.Atqının əsas səbəblərindən biri qazma məhlulunun sıxlığının kifayət qədər olmaması, yəni məhlulun təzyiq qradiyentinin lay flüdinin təzyiq qradiyentindən aşağı olmasıdır. Qazıma kəmərinin quyudan çıxarılması nəticəsində quyuda yaranan təzyiq azalması (swabbing effect) da təzahürə səbəb ola bilər.

 

Atqının aşkar edilməsi

Quyuya nəzarət əməliyyatlarında təzahürün erkən aşkar edilməsi çox vacibdir.Təzahürün baş verməsinin ümumi əlamətləri:

• Məhlulun səthə qayıtmasının qəfil artımı
• Qazma sürətinin qəfil artımı
• Məhlulun dövretmə təzyiqində azalma

 

Təzahürün qarşısının alınması

Təzahürün qarşısının alınmasında əsas amillər layın məsamə təzyiqinə və yarılma qradiyentinə dair məlumatın olması və məhlulun lazımi xassələrinin saxlanması yəni onun düzgün seçilməsidir.