Sementləmə
prosesi - Qoruyucu kəməri quyuya endirdikdən sonra neftli,
qazlı və sulu layları bir-birindən ayırmaq, eləcə də müxtəlif mineraloji tərkibə
malik suların təsirindən onun paslanıb sıradan çıxması qarşısını almaq, quyu
divarını möhkəmləndirmək üçün boruarxası fəzaya müəyyən hündürlükdə sement məhlulunun
vurulmasına deyilir.
· Qazıma məhlulu udula bilən çatları,
kavernaları və başqa kanalları doldurub bağlamaq;
· Kövrək süxurlardan ibarət quyu divarlarını müvəqqəti
və ya daimi bağlamaq;
· Lay suların təsirindən qoruyucu kəmərlərin
xarici səthində əmələ gələn korroziyadan onları mühafizə etmək;
· Qazılan quyulara buraxılan qoruyucu kəmələr
arxası fəzanı doldurmaq və keçiriciliyi olan bütün layları bir-birindən
ayırmaq;
· Qoruyucu kəmərlərə daha çox dayanıqlıq vermək.
Sementləmədə istifadə olunan avadanlıqlar
Sementləmə aqreqatı - Bu aqreqatın köməyilə hesablaşmış sement məhlulu və basıcı qazıma məhlulu quyuya vurulur.
Sementqarışdıran maşın - Hazırda neft sənayesində sement məhlulunun qarışdırılmasında sementqarışdıran maşınlardan geniş istifadə edilir.
Sementləmə başlığı - Qoruyucu kəmər quyuya endirildikdə qazıma məhlulunun dövranıni yaratmaq, kəmər endirildikdən sonra quyunu yumaq və ya bilavasitə sementləməni aparmaq üçün sementləmə başlığından istifadə edilir.
Sementləmə tıxacı - plastik kütlədən və rezindən hazırlanır. Qabaqlar taxtadan da tıxac hazırlanılırdı. Quyuya lazım olan miqdarda sement məhlulu vurulduqdan sonra onun üstündən üst sementləmə tıxacı buraxılır. Lazımi həcmdə maye vurulduqda tıxac istinad halqasına çatır, sementləmə başlığının kranları bağlanır və sementləmə prosesi qurtarır.
Əks klapan – qoruyucu boruları quyuya buraxan zaman maye içərisindəki çəkisinin azaldılmasına və kəmər arxasına qaldırılmış sement məhlulunun qoruyucu borunun içərisinə qayıdaraq daxili olmasının qarşısını alır.
Mərkəzləşdirici fənər – sementləmə prosesinə başladıqda sement məhlulunun boruarxası fəzada bir tərəfə yox bütün tərəflərə bərabər paylanması üçün istifadə olunur. Yəni, borunu tam mərkəzdə saxlayır.
Quyuların sementlənməsi üsulları
Neft-qaz quyularının sementlənməsində bu üsullardan istifadə olunur:
· Bir pilləli sementləmə;
· İki pilləli sementləmə üsulu;
· Manjetli sementləmə üsulu;
·
Quyruq kəmərin
sementlənməsi;
· Əks semetləmə.
İki pilləli sementləmə - Quyu qazılarkən onun dərinləşdirilməsindən və qarşıya çıxan
texnoloji çətinliklərin xarakterindən və həllindən asılı olaraq ümumi halda
quyularda aparılan sementləməni adi üsulla normal olmadığından xüsusi sementləmə
üsullarından isütifadə olunur. Bunlardan biri də iki pilləli sementləmə
üsuludur. Bu sementləmə prosesi aşağıdakı hallarda tətbiq olunur:
1.Sementi halqavari fəzada istənilən hündürlüyə qaldırmaq
mümkün olmadıqda və bir pillə ilə məhlulun vurulub basılması üçün çox vaxt tələb
edildikdə;
2.Quyu dibi temperatur həddindən artıq çox olub sementi tez tutuşdurduqda;
3.Aşağı laylarda udulma zolaqları olduqda;
4.Sementə qənaət etmək
məqsədilə və kəmər arxasındakı sement sütununun orta hissələrinin sementlənməsinə
ehtiyac olmadıqda;
5.Buruğa və onun yanına sayı şox olan sementləmə aqreqatları
və sement qarışdırıcı maşınların gətirilməsi mümkün olmadıqda.
Bu üsulun məqsədi sementləmə prosesini mərhələli şəkildə aparmaqdır. Beləliklə, birinci hissə sementləndikdən sonra ikinci hissəni sementlənir (mərhələli şəkildə).