[email protected] +994 99 303 07 01

Yass(Drill jar) nədir?

Yasslar quyuda tutulmuş qazıma kəmərini azad etmək və ya quyuda qazıma kəmərinin sərbəst hərəkətinə mane olan istənilən problemləri aradan qaldırmaq üçün tətbiq edilir. Dünyada ilk dəfə yassdan 1830-cu ildə istifadə edilmişdir. Yassın əsas iş prinsipi tutulmuş kəmərə yuxarıdan-aşğıya və ya əksinə aşağıdan-yuxarıya zərbə endirməkdir. Qeyd etdiyimiz kimi yass kəmərdə tutlmanın qarşısını almaq üçün istifadə edilir. Qazma zamanı kəmərdə əsasən mexaniki və diferensial tutlmalar baş verə bilər. Mexaniki tutulma əsasən kəmərin hərəkətdə olduğu zaman özünü göstərir. Diferensial tutulma isə təziyqlər fərqinin kəskin dəyişməsi zamanı baş verə biləcək tutulmadır. Diferensial tutulmanın səbəbi hidroststik təzyiqin yüksək olması, qazıma məhlulunun  şirələdiyi səthin qalın olması, qazıma məhlulunun sıxlığının yüksək olması həmçinində qazıma məhlulunun tərkibində bərk hissəciklərin həddən çox olması faktorlarıdır.

          Mexaniki tutulmanın 3 əsas səbəbi var ki, bunlar da tıxac, mane və quyu lüləsinin həndəsi formasıdır.

 

Yass kəmər də əsasən tutulmanın az ola biləcəyi hissədə yerləşdirilir.

Maili‒istiqamətləndirilmiş və üfüqi quyularda yassların yerləşdirilməsi


Üç tipdə olan yasslar ən geniş yayılmışdır:

 -mexaniki

 -hidravliki

 -hidromexaniki


Mexaniki Yasslar

Mexaniki yasslar ‒ mexaniki hərəkətli teleskopik zərbə alətidir. Mexaniki yasslarda hərəkət orada olan yay vasitəsi ilə təmin edilir. Yayın sıxılması və dartılması nəticəsində yass yuxarı və aşağı hərəkət edə bilir.


Hidravliki yasslar.

Hidravliki yasslar  yağ çənində yığılmış yağın hidravliki enerjisinin köməyilə hərəkətə gətirilir.

Burada zərbə gücünün qiyməti qazıma kəmərində yaradılan dartılma və ya sıxılma qiymətindən təyin edilir. Hidravliki yassın əsas çatışmayan cəhəti  yassın öz- özünə işə düşməsidir. Bunun səbəbi böyük inhiraflı quyuların qazılması zamanı daralmanın artmasıdır.


Hidromexaniki Yasslar.

Hidromexaniki yasslar iki ayrı seksiyadan ibarətdir:

- yuxarı seksiya özlüyündə hidravliki yassdır

- aşağı seksiya özlüyündə mexaniki yassdır

Hidromexaniki yass böyük uzunluğa (10 m və daha böyük) malikdir. Belə ki, onun üstün cəhətinə seksiyaların ayrılması və hər seksiyanın ayrılıqda işləməsidir.


Burulma Yassı 

  Sadaladığımız bu yasslardan başqa digər bir yass növü olan burulma yassıda vardır.  Mədən praktikasında bəzən işçi borularda tutlma baş verir və tutulma zamanı kəmərə yuxarıdan aşağıya zərbə endirmək o qədrədə effektli olmur. Belə qəza zamanı tutulmuş boruları hissə-hissə ardıcıl olaraq açmaq məqsədə uyğundur.