[email protected] +994 99 303 07 01

Yataqların işlənməsi

Yataqların işlənməsi

Hal-hazırda fəal sürətdə neft-qaz çıxarma şirkətləri tərəfindən istismar olunan neft yataqlarının tükənməsi səbəbindən ağır neft və təbii bitum yataqlarının işlənməsi üsullarının inkişafına böyük fikir verilir. .  AN və TB hasilatı texnologiyalarının təkmilləşdirilməsi daha çox aktuallıq kəsb edir, belə ki, artıq bu resursların ehtiyatları adi (yüngül) neftlərin ehtiyatlarını üstələyir (şək.1), həmçinin yüngül neftlərin davamlı çıxarılması nəticəsində karbohidrogen ehtiyatları strukturunda ağır neftlərin payı artmaqda davam edir. İndiki məqamda AN və TB ehtiyatlarının 1%-dən də az hasil edilir. 

Ağır neft yataqlarının işlənmə texnologiyası.

            Karyer və şaxta üsulu

    Qeyri istilik (soyuq üsulla hasilat)

            Şaxta üsulu (CHOPS – (Cold Heat Oil Production with Sand)

            Soyuq hasilat, ilkin üsullarla işlənmə

                    Çoxzaboylu quyularla, üfüqi quyularla işlənmə

                    Qazın vurulması, eyni vaxtda su və CO2-nin vurulması

            Həlledicilərin quyuya vurulması

            Təzyiq impulslarının köməyilə axının intensivləşdirilməsi                                                       (PPFE – Pressure Pulse  Flow Enhancement)

            Qravitasiya rejimi ( soyuq üsul) GAD – Gravity-Assisted                                   Drainage)

             Mikrobioloji, biotexnoloji

              Bir çox başqaları.

Ağır neft və təbii bitum yataqlarının işlənməsinin məlum texnologiyaları

Ağır neft və təbii bitum yataqlarının işlənməsinin, texnoloji və iqtisadi xarakteristikaları ilə fərqlənən müxtəlif üsulları məlumdur. Bu və ya digər işlənmə texnologiyalarının tətbiq olunması mümkünlüyü layların geoloji quruluşu yatım şərtləri ilə, lay fluidlərinin fiziki-kimyəvi xassələri, karbohidrogen xammalının ehtiyatları və vəziyyəti, coğrafi mühit şəraitindən və s. asılıdır. Şərti olaraq onları tətbiq olunma həcminə görə qeyribərabər qiymətli üç qrupa ayırmaq olar: 1 – karxana və şaxta üsulu ilə

işlənmə; 2 – belə adlandırılan “soyuq” hasiat üsulu; 3 – istiliklə hasilat üsulu.

 

        Ağır neft və bitumların çıxarılmasında karyer və şaxta üsulu

Karyer üsulu ilə işləməkdə bitumla doymuş süxur açıq üsulla çıxarılır və buna görədə bu üsulun tətbiqi layların 50 metr dərinliyinə qədər məhdudlaşır. Bu üsul yüksək neftvermə əmsalına malikdir:65%-dən 85%-ə qədər