Kompressor qaldırıcısı iki müxtəlif diametrli boru kəmərindən ibarət olur: biri ilə işçi agent quyuya verilir, digəri ilə maye quyuağzına qaldırılır. Sıxılmış yüksək təzyiqli qaz (hava) ilə mayenin yuxarı qaldırılması, borularla yuxarı qalxan qazın genişlənməsi hesabına baş verir. Qaldırıcı borulara verilən yüksək təzyiqli qaz, qaldırıcı borularda təzyiq aşağı olan tərəfə doğru hərəkət edir, yəni boruların başmağından quyuağzına doğru.
Qaldırıcı fontan borularının uzunluğu boyu onun istənilən nöqtəsində qaz-maye qarışığının hərəkəti üçün tələb olunan təzyiq, həmin nöqtədən quyuağzına qədər qaz-maye qarışığının sütununun saldığı təzyiqi dəf etməlidir, həmdə qaldırıcı boruların uzunluğu boyu yaranan müqavimət qüvvələrini dəf etməlidir.
Real olaraq istismar quyularında maye və qazın hərəkət sürətləri eyni olmur. Təbii qaz daha yüngül olduğu üçün, hərəkət zamanı mayenin tərkibindən çıxmağa cəhd edir və ona görə də onun sürəti mayeninkinə nisbətən daha böyük olur. Hərəkətdə olan qarışığın sıxlığı, qaldırıcı borunun istənilən en kəsiyində mayenin tutduğu sahənin bütün en kəsik sahəsinə olan nisbətinə proporsional olur. Qaldırıcı borularda hərəkət edən maye və qazın sürətləri borunun en kəsik sahəsi üzrə bərabər olduqda, bu onların həcmi sərflərinə proporsional olur. Bildiyimiz kimi qaldırıcı borularda qaz mayeyə nisbətən daha yüksək sürətlə yuxarıya doğru hərəkət edir, onda həmin həcmi sərflərdə, maye əvvəlkinə nisbətən borunun en kəsiyində daha çox sahə tutacaqdır, qaz isə az sahə. Beləliklə, ikinci halda boru ilə hərəkət edən qarışığın sıxlığı, maye və qazın hərəkət sürətlərinin müxtəlifliyinə görə artacaqdır ki, bunun da nəticəsi olaraq, borudakı maye-qaz qarışığının sütununun çəkisi artır və onun dəf edilməsi üçün isə tələb olunan basqıda (təzyiqdə) artır. Bu halda, bundan başqa maye en kəsikdə daha çox sahə tutduğu üçün, onun qaldırıcı borunun divarına sürtünməsi də proporsional olaraq artacaqdır. Beləliklə, iki növ basqı itkisi olacaqdır: sürüşmə itkisi və ya nisbi hərəkət itkisi, və sürtünmə itkiləri.
B.S.Məlikov hesab edirdi ki, qaldırıcı fontan boruları ilə qalxan mayenin hərəkəti, porşenli nasosun hərəkətinə uyğundur. Bu nasos qeyri-hermetikdir və mayenin bir hissəsini aşağı buraxır, bu zaman mayenin aşağı süzülməsi bütün hündürlük boyu eyni anda baş verir. Qaldırıcı borularda aşağı süzülərək axan mayenin yuxarı qaldırılmasına sərf olunan enerji - itən enerji sayılır, ona görə ki o faydasız işə sərf olunur. B.S.Məlikov hesab edirdi ki, bu itkinin sızma itkisi adlandırılması daha düzgün olar.
Hesablama düsturlarına daxil olan kəmiyyətlər bunlardır:dalma (batma) dərinliyi; mayenin qalxma hündürlüyü nə qədərdir və hansı ki istismar quyusunun işlədiyi dövrdə qaldırıcının başmaq təzyiqinə müvafiq olur:
burada, h- qaldırıcının dalma dərinliyidir, m;
Pbaş- qaldırıcının başmaq təzyiqidir, n/m2;
p- quyudakı qazsızlaşmış mayenin sıxlığıdır, kq/m3.
Qalxma hündürlüyü h quyudakı mayenin səviyyəsindən, quyu işlədiyi dövrdə, quyuağzına qədər olan məsafədir
h0=L-h
burada, L- qaldırıcı boruların uzunluğudur, m.
Dalma dərinliyi faizlə, bu dalma dərinliyinin qaldırıcı nasos-kompressor borularının tam uzunluğuna olan nisbətidir və 100% vurulur:
h.faiz=(h/L)•100
Mədən təcrübəsində dalmanın necə faiz olmasını müəyyən etmək üçün, adətən işçi təzyiqinə əsaslanırlar və aşağıdakı kimi müəyyən edirlər:
Mədənlərdə, adətən kompressor qurğuları (aqreqatları) istismar quyuları ilə neftin yuxarı qaldırılması üçün nəzəri cəhətdən tələb olunduğundan, daha çox iş görürlər. Əlavə sərf edilən iş, qaldırıcı fontan boruları ilə yuxarı qalxan mayenin hərəkəti zamanı müxtəlif itkilərə sərf olunur. Mayenin qaldırıcı borular ilə yuxarı qaldırılması üçün nəzəri cəhətdən tələb olunan işin faktiki sərf olunan işə nisbətinə faydalı iş əmsalı (f.i.ə) deyilir, yəni
Q (kq) neftin, H(m) – hündürlüyünə qaldırılması üçün(kq×m) iş görmək lazımdır. Quyuya verilmiş sıxılmış işçi agent genişlənərkən aşağıdakı qədər iş görə bilər:
burada, P0- atmosfer təzyiqidir, kq/m2;
V0- sıxılmış işçi agentin atmosfer təzyiqində genişlənən həcmidir, m3;
P1 - sıxılmış işçi agentin genişlənməyə qədər ki təzyiqidir, kq/m2;
P2 - sıxılmış işçi agentin genişləndikdən sonrakı təzyiqidir, kq/m2.
Buradan qaldırıcının faydalı iş əmsalını (f.i.ə) tapa bilərik.