[email protected] +994 99 303 07 01

Ekoloji Monitorinq

Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə

atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin

elmi əsaslarla həyata keçirilməsidir. Monitorinqlər hava, su, torpaq mühitlərində

vəziyyətin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi

tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki

xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir

SOCAR-ın ekoloji monitorinq proqramında “Ətraf mühitin və təbii ehtiyatların

dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin tələblərinə

uyğun olan aşağıdakı istiqamətlər yer alır:

·       Xüsusi mühafizə olunan

·       ərazilərin monitorinqi.

·       Atmosfer havasının monitorinqi;

·       Su obyektlərinin monitorinqi;

·       Torpaqların monitorinqi;

·       Bioloji ehtiyatların monitorinqi;

Ekoloji monitorinq departamentində çöl tədqiqatları üçün Ekoloji tədqiqatlar ekspedisiyası və analitik təhlillər üçün Kompleks tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. Departament kompleks ekoloji monitorinqlərin keçirilməsi və laboratoriya analizlərinin aparılması üçün ixtisaslaşmış personala, tələb olunan bütün avadanlıq və resurslara malikdir.

SOCAR-da kompleks ekoloji monitorinqlərin keçirilməsi müvafiq iş planı əsasında həyata keçirilir:

·       Kompleks ekoloji monitorinq;

·       Əməliyyatların monitorinqi;

·       Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birlikdə monitorinq cədvəlinə əsasən, Kompleks ekoloji monitorinqi