[email protected] +994 99 303 07 01

Palçıq vulkanları nədir?

Palçıq vulkanları nədir?

 

Palçıq vulkanları yer qabığının dərin qatlarında baş verən proseslerle bağlıdır. Geologiya’nın ən maraqlı istiqamətlərindən biri sayılır. Palçıq vulkanları püskürərkən yeraltı uğultu, daha sonra partlayış sonda isə karbohidrogen qazlarının 200-250 m hündürlükdə alov əmələ gətirərək yanması kimi əlamətlər müşahidə olunur.

 

 

Palçıq vulkanları necə yaranır?

 

Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir

 

nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini –

 

maqmadan, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının

 

fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq –

 

alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar

 

və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə

 

palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi

 

nəticəsində yaranır.

 

 

 

Azərbaycanda olan palçıq vulkanları:

 

Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda cəmlənmişdir. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycan respublikasında 200 dən çox palçıq vulkanı var, əsasən Abşeron yarımadasında, Qobustanda, Cənub-şərq şirvan düzənliyində, Samur-dəvəçi ovalığında yayılıb. Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ sayılır.

 

 

 

Palçıq vulkanlarının istifadə yolları:

 

Vulkanik palçıq bir çox dəri xəstəliklərinin, Hərəkət aparatı, onurğa sütunu, mədə bağırsaq traktı, şəkərli diabet, kosmetologiya və s kimi bir çox fərqli sahələrdə istifadə edilir. Həmçinin ondan inşaatda xammal kimi və metallurgiyada da istifadə olunur.