Xardal qazı-İprit
Xardal qazı ümumi mənada S(CH2CH2Cl)2 quruluşlu maddədir. Ümumən, S(CH2CH2X)2 və N(CH2CH2X)3 birləşmələri kükürd və azot xardalı kimi adlanır ki, əvəzediciləri əsasən xlor və bromdur. Elmi bucaqdan xardal qazına “qaz” adı verilməsi yanlışdır. O, dispers mühitdə qaz yox, maye damcıları formasındadır. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən sarı-qonur rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.
Alınması
Beynəlxalq miqyasda işlədilməsi iki dəfə qadağan olunan iprit Levinşteyn prosesi (Levinstein process) nəticəsində alınır. Levinşteyn prosesi ilə alınan iprit istehsal olunan ipritin 70%-ə yaxınını təşkil edir. Daha ilkin üsulu isə alman kimyacısı Viktor Meyer vermişdir. Xardal qazının tərkibləri
Tarixən xardal qazı müxtəlif qarışıqlar şəklində işlədilmişdir. Bunlar bəziləri belədir;
H həmçinin HS – Bu həm də yaradıcısına görə Levinşteyn xardalı adlanır. Bu növ xardal qazının tərkibində 20-30% çirk olur.
HD – Britaniyalıların pyro, Amerikalıların isə Distillə Xardal adlandırdıqları növdür. 95% və üzərində saflıqda olur.
O – Orijinal kükürd xardalından 3 dəfə daha toksikdir. C8H16Cl2OS2 formuluna uyğun gəlir.
HT – 60% HD xardal və 40% O xardalın qarışığıdır. Daha aşağı donma temperaturuna malikdir.
HL – Distillə xardal ilə levisit (lewisite) qarışığıdır.
İpritin tarixi
İpritin istehsalının daha öncə Viktor Meyerin yazmağına baxmayaraq, onun kimyəvi silah kimi işlədilməsi Haber Frisin adı ilə bağlıdır. Birinci Dünya Müharibəsi dövründə o, ipritin inkişaf etdirilməsi üçün çalışmış və “yaxşı” nəticələr əldə etmişdir. O, yalnız ipritin deyil, xlor qazı kimi bir çox kimyəvi silahın inkişaf etdirilməsində böyük rol oynamışdır. Töhvələrinə görə “kimyəvi müharibənin atası” ləqəbini qazanmışdır.
İpritin kimyəvi silah kimi işlədilməsi iki dəfə - 1925-ci ildə “Cenevrə protokolun”və 1993-cü ildə “Kimyəvi Silahlar Konvensiyasında” qadağan edilmişdir. Günümüzdə isə o, bir çox xərçəng əleyhinə preperatın tərkibində kimyaterapiya olaraq işlədilir. Bu dərmanların ən bilinəni təsiredici maddəsi xlormetin olan Mustargendir.