[email protected] +994 99 303 07 01

Neftçıxarmada təkrar üsul

Neftçıxarmada təkrar üsul nədir?

Qalıq neftin çıxarlmasına yönəldilmiș bütün tədbirlər təkrar neftçıxarma üsulları adlanır. Bu üsullardan biri neft layına sıxılmış hava və ya qaz vurulmasıdır. Bu halda bir və ya bir neçə quyunu kip bağlayaraq onlara yűksək təzyiq altında (50-60 atm) qaz vurmağa başlayırlar. Bu qaz layda qalmıș nefti qonşu quyulara qovur. Bu qayda ilə nefti azalmıș quyuların hasilatını artırırlar. Qazın əvəzinə laya hava da vurmaq olar. Lakin hava vurulduqda neft havanın oksigeni ilə oksidləşib ağırlaşır, özlülüyü artır və onun laydan quyuya keçməsi çətinləșir. Qalıq neftin çıxarılmasında ən səmərəli üsullarından biri də laya qaz əvəzinə su vurmaqdır. Su da bașqa quyudan vurularaq qumlu layın məsamələrində qalmıș nefti sıxışdırıb istismar quyularına yönəldir.Bundan başqa, təkrar üsul kimi mayenin intensiv (sürətlə) çıxarılmasını göstərmək olar. Burada mərkəzəqaçma nasosunun köməyilə lay və kontur suları intensiv surətdə quyuya sorulur və onlar da özləri ilə birlikdə qalıq nefti çıxarırlar.Neftverməni intensivləşdirmək üiçün yatağa müəyyən təsiretmə üsulları mövcuddur. Neft laylarının hidravlik yarılmasını, quyudibi zonasının turşu ilə işlənməsini, nüvə partlayışı ila laya təsiri və s. Bu üsullara misal göstərmək olar.Neft quyuya gəlib çatana qədər süxurların müqavimətini dəf etməlidir. Layda təzyiq çox az, müqavimət isə böyük olduqda neft məsamələrin labirintində bir növ <yarı yolda> qalır. Adətən, belə də olur, neftin yalnız bir hissəsi quyuya gəlib çıxır, qalan hissəsi isə həmişəlik olaraq itirilir. Belə hallarda quyuətrafı zonada müqaviməti azaltmaq məqsədilə layda hidravlik yarılma üsulu ilə süni yarıqlar və çatlar yaradılır.