[email protected] +994 99 303 07 01

İstismar quyularının quyudibi zonalarının səthi-aktiv maddələrlə (SAM) işlənilməsi

Neftin çıxarılması texnologiyasının əsas istiqamətlərindən biridə, neft-qazçıxarma proseslərində səthi-aktiv maddələrin- SAM geniş tətbiq edilməsidir. SAM-lər məhsuldar laylara vurulduqda, onlar maye və bərk səthlərdəki gərginliyi azaltmaq qabiliyyətinə malikdirlər, bu isə onların bu səthlərlə adsorbsiya olunması nəticəsində baş verir.

Tərkiblərinə və kimyəvi xassələrinə görə SAM-lar:

Tərkiblərinə və kimyəvi xassələrinə görə SAM-lar iki əsas sinfə bölünürlər: ionogen və qeyri-ionogen.

            İonogen SAM-lar isə öz növbəsində aşağıdakı qruplara bölünürlər:

            a) anionaktiv SAM-lar, hansılar ki səthi-aktiv anionların ionlaşdırılması zamanı sulu məhlullarda yaranır və onların tərkibinə karbohidrogen molekullarının bir hissəsi, eyni zamanda qeyri-orqanik ionları təmsil edən kationlar, əsasən natriumlu, daxildir;

            b) kationaktiv SAM-lar, su məhlullarının ionlaşdırılması zamanı səthi-aktiv kationların yaranması, hansının ki tərkibi radikal karbohidrogenlərdən ibarətdir və bu tərkibdə anionlar da olur, adətən onlar qeyri-orqanik, bəzi hallarda isə orqanik (üzvü) ola bilərlər.

            Qeyri-ionogen SAM-lar- bu əsasən müxtəlif polietilen-qlikol və nadir hallarda isə polipropilenqlikolun efirləridir. Bunlardan ən geniş yayılanı alkilfenlərin polietilin-qlikol efirləridir. Neft sənayesində, əsasən, qeyri-ionogen SAM-lar əsas rol oynayırlar. Onların neft mədənlərində tətbiqinin əsas üstünlüyü ondan ibarətdir ki, neftinin tərkibində xlorkalsium duzları olan neft yataqlarında, onlar lay sularında tamamilə həll olunurlar və bu zaman heç bir çöküntü vermirlər, onların bu xassələrini anionaktiv və kationaktiv maddələr haqqında demək olmaz. Qeyri-ionogen SAM-ların məhz bu keyfiyyətinə  görə, onları layların neft veriminin artırılması üçün konturyani və konturdaxili  sulaşdırma proseslərində, layın çirklənməsi baş vermədiyi üçün, ehtiyat etmədən geniş tətbiq dirlər, onları həmdə məhsuldar layların açılması və injeksiya (vurucu) quyuların mənimsənilməsi proseslərində də tətbiq edirlər.

            Qeyri-ionogen SAM-ların ionogenlərdən bir üstünlüyü də ondan ibarətdir ki, onlar qumdaşılı və karbonatlı süxurlarda daha az adsorbsiya olunurlar.

            İonogen SAM-lardan nisbətən geniş yayılanları (tətbiq edilənləri) aşağıdakı anionaktiv SAM-lardır: neytrallaşdırılmış qara kontakt, sulfatnatrium duzları, sulfanol,  katopin və sairə. Bu SAM-lardan biri- rafinə edilmiş alkilarilsulfonatdır (“DC-PAC”), hansıki  qaza bənzər SO3 kerosininin birbaşa qoşularaq sulfidləşdirilməsindən alırlar və o, otaq temperaturunda suda yaxşı həll olunur, onun sulu məhlulları yaxşı səthi aktivlik xassələrinə malik olurlar.  Onlar cod və dəniz sularının elementlərinə daha dayanıqlıdırlar.

            Lakin nəzərə alınmalıdır ki, sulfanollar sinifdən olan SAM-lar, o vaxt effektiv olurlar ki, bu vaxt quyulardakı və laylardakı lay suları xlorkalsiumlu deyildirlər. Anion tipli SAM-ların əsas çatışmazlığı ondan ibarətdir ki, onlar  və  qarşılıqlı təsir nəticəsində, ya tam, ya da onların bir hissəsi məhluldan ayrılaraq, kalsium və maqnezium duzlarının həll olunmayan çöküntülərini yaradırlar.

            Neft sənayesində kationaktiv SAM-ları əsasən, əlavələr kimi neftin emalı prosesində distillatlara və müxtəlif tip neft-mədən avadanlıqlarını korroziyadan mühafizə etmək üçün, hidrogen-sulfid və turşu inhibitorlarının tərkibinə əlavə edirlər.

Mədənlərdə SAM-lar kimi aşağıdakılar tətbiq edilir:

1.      ionogen SAM-lar: sulfatnatrium duzları, azolyat, sulfanol, katanin və sairə;

2.      qeyri-ionogen SAM-lar: “OP”-tipli oksietilləşdirilmiş maddələr (“OP”-4, “OP”-7, “OP”-10), detergent, kondensasiya prosesində kömür fenolların fraksiyaların oksidləşmiş etilenlə (“УФЭ8”) yaratdığı məhsullar və sairə.

Quyuların quyudibi zonalarının SAM-larla işlənilməsi aşağıdakı məqsədlər üçün aparılır:

1.      neft-qaz quyularının mənimsənilməsinin sürətləndirilməsi üçün;

2.      suyun və digər yuyucu məhlulların, quyuda təmir işləri aparılarkən, onun məhsuldarlığına mənfi təsirin qarşısının alınması üçün;

3.      neft və qaz quyularının məhsuldarlığının artırılması üçün;

4.      vurucu quyuların qəbuletmə qabiliyyətinin artırılması üçün;

5.      quyularda aparılan xlorid turşusu ilə işlənmənin effektivliyinin artırılması üçün;

6.      lay sularının axınının selektiv izolyasiyası üçün;

7.      quyunun hidroqumşırnaqlı perforasiyası zamanı, perforasiya kanallarının daha çox dərinliyə işləməsi üçün (SAM-lar süxurun möhkəmliyinin aşağı salınması məqsədi ilə tətbiq edilir).