ERP necə işləyir
ERP sistemləri yalnız biznes məlumatlarını toplayan və cədvəllərdə yaddaşda saxlayan mərkəzləşdirilmiş məlumat bazasına əsaslanır. Məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanılması maliyyə, satış və digər şöbələr kimi yekun istifadəçilərə arzuolunan məlumatlara təhlil üçün tez bir zamanda çıxış əldə etməyə imkan verir. Müxtəlif şöbələrdə çalışan işçilərin öz cədvəl və hesabatlarının idarə edilməsi əvəzinə ERP sistemləri hesabatların vahid, mərkəzləşdirilmiş sistemdən əldə olunmasına imkan yaradır. ERP-nin bir modulunda, məsələn, müştərilərlə münasibətlərin idarə olunması, insan resursları və maliyyə modulunda yenilənmiş məlumat, mərkəzi, ümumi məlumat bazasına göndərilir. Mərkəzi məlumat bazasındakı müvafiq məlumat daha sonra digər modullarla paylaşılır.
ERP-nin vacibliyi
Ekspertlər ERP-nin dörd mühüm biznes faydasını sadalayır:
- İT sahəsində xərclərə qənaət
- Biznes prosesin səmərəliliyi
- Prosesin standartlaşdırılması üçün biznes prosesi platforması
- Biznes innovasiyasının katalizatoru
Bir çox hallarda şirkət, kəmiyyətinin müəyyən edilməsi daha asan olduğundan əsas diqqəti ilk iki sahə üzərində cəmləşdirməsinə baxmayaraq son iki sahə də şirkətlər üçün daha əhəmiyyətli təsir yarada bilər. ERP biznes məlumatları təşkilat daxilində real vaxt rejimində təqdim edir ki, bu da şirkətlərə dəyişikliklərə daha tez uyğunlaşmağa və reaksiya verməyə imkan yaradır. ERP sistemlərdə mövcud olan biznes məlumatları müəssisə daxilində daha əsaslandırılmış, düşünülmüş, səriştəli qərarların qəbul edilməsini nəzərdə tutur. ERP sistemlər təchizat zəncirindəki fəaliyyətin səmərəliliyini artırmaq məqsədi ilə məlumatları üçüncü tərəf tərəfdaşlar və təchizatçılarla ilə də bölüşə bilər.
ERP sistemlərinin üstünlükləri
ERP çoxlu üstünlüklər təklif edir və onların əksəriyyəti məlumatların bölüşərək birgə istifadəsi və standartlaşdırması ilə bağlıdır. ERP komponentləri ayrıca faəliyyət göstərən sistemlərlə müqayisədə məlumatları daha asan şəkildə bölüşə bildiyindən onlar işi gündəlik idarə etmək məqsədi ilə şöbələrarası biznes proseslərini daha asan edə bilər. Onlar məlumatlardan bir çox ERP sistemlərinin özündə ehtiva etdiyi xüsusilə də daha yeni texnologiyaların köməyi ilə daha yaxşı nəticələr çıxarmağa da imkan yarada bilər. Həmin texnologiyalara güclü təhlil, kömpüterin öyrədilməsi və sənaye İoT bacarıqları daxildir.
Bundan əlavə ERP proqram təminatı:
- Məlumatları avtomatik toplamaqla səmərəliliyi artırır və yüksəldir;
- Getdikcə daha da mürəkkəbləşən biznes proseslərini idarə etməklə biznesin böyüməsinə imkan yaradır;
- Tələblərə daha yaxşı uyğunlaşmağa şərait yaratmaqla riski aşağı salmağa kömək edir;
- Məlumat bölüşməsindən və inteqrasiya olunmuş məlumatlardan istifadə etməklə əməkdaşlığa yardım göstərir;
- Biznes proseslərinin təşkilinə daha yaxşı düşünülmüş yanaşmanı və müştərilərlə işin daha düzgün qurulması bacarıqlarını təmin edir və
- Təchizat zəncirinin idarəetmə işini təkmilləşdirir.
Çatışmazlıqlar
İlkin kapital qoyuluşu xərci yüksək ola bilər;
- Tətbiq edilməsi çətin ola bilər;
- Tətbiq mərhələsi zamanı və tətbiq mərhələsindən sonra dəyişikliklərin idarə edilməsinin tələb olunması.
- Əsas, təməl ERP modulları hədəflənmiş, ayrıca fəaliyyət göstərən proqram təminatı ilə müqayisədə daha az müasir ola bilər. Təchizat zənciri və ya müştərilərlə mübasibətlərin idarə olunması bacarıqları kimi konkret sahələrə daha yaxşı nəzarətin həyata keçirilməsi və həmin sahələrin daha yaxşı idarə olunması üçün şirkətlər əlavə modullar tələb edə bilər.