Üfüqi
qazma
Üfüqi
qazma son zamanlarda neft-qaz sənayesinin əsas nailiyyətlərindən biridir.80-ci
illərin əvvəlində bu, ekzotik üsul hesab
olunurdu və ona maili quyu qazılmasının təkmilləşməsi kimi baxılırdı.İndi isə
üfüqi qazma neft və qazın laydan böyük həcmdə çəxarılması metodu kimi standart texnologiyaya
malikdir.
Üfüqi
qazmanı fərqləndirən başlıca cəhət quyu lüləsinin məhsuldar layla görüş sahəsinin
böyük olması,həmçinin lay flüidlərinin müstəvi üzrə paralel axınını (şaquli və
maili quyularda radial axımdan fərqli olaraq) təmin etməkdir.Bunun sayəsində
neft yataqlarının istismarının bütün mərhələlərində quyu məhsuldarlığının yüksək
olması təmin edilir.
Üfüqi
qazma,qazma baltasının süxur-kollektoru boyunca şaquli istiqamətdən təxminən 90
dərəcə yönəldilmiş üfüqi trayektoriyanın təqib edilməsinin tənzimlənməsi
prosesidir.Üfüqi quyuların qazılmasına maraq aşağıdakı başlıca səbəblərdən irəli
gələ bilər:
-yataqların əsas üsullarla işlənməsi
effektivliyinin yüksəldilməsi
-yataqların əlavə üsullarla işlənməsi
effektivliyinin yüksəldilməsi
-laydakı karbohidrogenlərin maksimal
hasilatının yüksəldilməsi
-bütöv yatağın işlənməsi üçün quyuların
sayının xeyli dərəcədə azaldılması
Üfüqi qazma,çoxlüləli və quyu oxundan çox
böyük meyllə qazma ilə birlikdə yataqlardan karbohidrogen ehtiyatlarının qənaətli
şəkildə neft və qaz sənayesində bir çox imkanlar açmışdır və əks təqdirdə bu,mümkün
olmazdı.Üfüqi quyuların qazılması və tamamlanmasındakı uğur yüksək texnoloji
nailiyyətlərdən,layihələndirmə metodlarındakı yeniliklərdən,birgə fəaliyyətdən
və s. irəli gəlir.
Üfüqi quyu qazmasnın tətbiq sahələri
Üfüqi qazma
üçün münasib kollektorlar aşağıdakılardır:
-potensial su/qaz konusunun yaranması
problemlərinə malik ola bilən kollektorlar
-məhdud keçiriciliyə malik kollektorlar (
keçiricilik əmsalı <<1 millidarsi)
-şaquli istiqamətdə təbii yarılmış/çatlı
kollektorlar
-iqtisadi baxımdan qeyri-münasib
kollektorlar
-ağır neft kollektorları
-çay yatağı və rif çıxıntılarındakı qumlu
kollektorlar
-zəif kollektorlar
-sərt enmə bucağına malik laylı
kollektorlar
-qismən gücdən düşmüş kollektorlar
Üfüqi qazma metodları
Üfüqi
qazma,vertikaldan 0 dərəcədə başlayıb kollektorun giriş nöqtəsində 90 dərəcədə
bitməklə,quyunun səthində şaquli quyu hissəsi ilə,sonra qabaqcadan təyin
edilmiş KOD(əyilmə nöqtəsi) dərinliyində maillənmiş quyu hissəsi ilə
başlayır.Kollektora giriş nöqtəsinə çatmaq üçün əyilmiş maili hissələri
qazmaqdan ötrü aşağıdakı metodlardan istifadə edilir:
-böyük radiuslu-BR(LR) metod
-orta radiuslu-OR(MR) metod
-kiçik radiusluu-KR(SR) metod
-çox kiçik radisulu-ÇKR(USR) metod
Üfüqi quyu profillərinin layihələndirilməsi
Üfüqi quyu
(ÜQ) profilini layihələndirmək üçün əvvəlcə quyu profilinin tipini və
konfiqurasiyasını təyin etmək lazımdır.Bunun müvəffəqiyyətlə həyata keçirilməsi
üçün ayrı-ayrı intervallar üzrə qazma kəmərinin aşağı hissəsinin düzgün seçilməsi,qazma
və qoruyucu kəmərlərin müxtəlif gərginliklərə hesablanması,onların lülə içərisində
hərəkəretmə qabiliyyəti və s. təyin edilməlidir.
Üfüqi quyu profillərinin tipləri
Xarici ölkələrdə
üfüqi quyu (ÜQ) profillərinin lülənin şaquli intervalından üfüqi intervala
keçdikdə əyrilik radiusundan asılı olaraq təsnifatı qəbul olunmuşdur.Əyrilik
radiusları böyük,orta,kiçik olmaqla 3 kateqoriyaya bölünür.Əyrilik radiusunun hər
bir kateqoriyasına üfüqi intervalın müəyyən uzunluğu uyğun gəlir.Belə ki,əyrilik
radiusu böyük olan ÜQ qazılan zaman üfüqi intervalın uzunluğu 600-1500m,əyrilik
radiusu orta qiymərlər həddində olduqda 450-900m,kiçik olduqda 90-225m-ə çata
bilər.ÜQ profillərinin belə təsnifatı quyu lüləsinin əyrilik intensivliyinin müəyyən
qiymətini təmin etmək üçün müxtəlif tipli qazma alətindən və qazma üsulundan
istifadə olunmasına əsaslanmışdır.Belə ki,əyrilik radiusu böyük olan ÜQ
reallaşdırılması üçün adi rotor üsulundan istifadə etmək olar.Orta radiuslu əyriliyi
olan ÜQ qazılması üçün istiqamətləndirilmiş,istiqamətləndirilməmiş və daim təkmilləşdirilən
quyudibi quruluşları tətbiq edirlər.Əyrilik radiusları kiçik olanda xüsusi
texnika və texnologiyadan istifadə olunur.
Bununla belə, ÜQ profilinin tipi və konfiqurasiyası onun həyata keçirilməsi üçün istfadə
olunan texnika və texnologiyadan başqa bir çox əlavə amillərdən,yatağın geoloji
quruluşundan,quyunun konstruksiyasından,dərinliyindən və inhirafından asılıdır.Bundan
başqa ÜQ profillərini fərqləndirən xüsusiyyətlərdən
biri də lülənin yalnız məhsuldar laya düşməsi deyil,həmçinin məhsuldar layda
lülənin müəyyən uzunluğuna qədər irəliləməsidir ki,bu da profil tipinin seçilməsinə
təsir göstərir.