İstilik dəyişdiriciləri.
İstilik dəyişdiricisi nədir?
İstilik dəyişdiricisi iki və ya daha artıq maye və ya qaz arasındaistilik mübadiləsini təmin edən cihazdır. İstilik ötürülməsi temperaturlar fərqinə əsaslanır. Maye və ya qaz dəyişdiricinin tipindən asılı olaraq, bir və ya iki fazalı, ayrı və yaxud birbaşa əlaqədə ola bilər.
İstilik dəyişdiricilərinin hansı növləri var?
Onları iki üsulla növlərə bölmək olar:
1.Maye və ya qazın axın növləri:
İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas növləri var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir.
Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur.
Əks axında istənilən iki nöqtə arasındakı orta temperatur cəmi paralel axına nisbətən daha çox olur.Bunlar görə, maye və ya qazın vahid kütləsinə görə ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən əlverişli dizayn növüdür.
Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
2.Cihazın kostruksiyasına görə olan növləri:
Səthli istilikdəyişdiricilər.
İstiliyin ötürülməsi istilikdaşıyıcılar arasındakı ayırıcı bərk səth vasitəsilə ilə həyata keçirilir. Səthli aparatlar rekuperativ regenerativ tiplilərə bölünürlər. Rekuperativ aparatlarda qaynar axından soyuq axına istilik onları ayıran divar, yəni istilik mübadiləsi səthi vasitəsilə verilir.
Regenerativ aparatlarda isə hər iki axın növbə ilə eyni səthlə görüşür. Bu halda, qaynar axınla qızdırılan bərk cismin (istiliyin udulması), sonradan soyuq axınla soyudulması (udulmuş istiliyin verilməsi) nəticəsində istiliyin ötürülməsi baş verir.
Qarışdırıcı istilikdəyişdiricilər.
Qarışdırıcı tipli istilik dəyişdiricilərdə isə qaynar və soyuq axınların bilavasitə görüşmələri (qarışmaları) baş verir və istilik bu üsulla istilikdaşıyıcılar arasında ötürülür.
Neft - qaz emalı və kimya müəssisələrində əsasən səthli istilikdəyişdiricilərdən istifadə edilir. Buna səbəb,istilik ötürən maddələrin bir-birinə qarışmağının istənilməməsidir.
Bunlardan harada istifadə olunur?
İstilik dəyişdiricilərindən sənayenin bütün istiqamətlərində istifadə olunur.Buna misal olaraq bəzi kondensatorları,reboyler(qaynadıcıları) və sair misal göstərmək olar.