Quyularda qazma və tamamlama əməliyyatları zamanı istifadə edilən ən mühüm elementlərdən biri olan partlayışın qarşısını alanı (BOP) müntəzəm olaraq, test edib hər hansı bir nasazlıq olub-olmadığını aşkar etmək əhəmiyyətlidir.
BOP-ləri test etmək üçün sudan istifadə edirik. Buna səbəb suyun qazma məhlulundan daha az sıxılma qabiliyyətinə malik olmasıdır.
Sınaq qurğusunu hazırlayırıq və quyu ağzı profilinə daxil edirik. Kəmər klapanının açıq qalmasını və sınaq zamanı hər zaman kəmər klapanının çıxışına nəzarət edən personalın olmasına diqqət yetiririk. Əmin olmalıyıq ki, çıxışa nəzarət edən personal BOP sınaqdan keçirilərkən diqqətlə klapanı nəzarətdə saxlamalıdır. Buna səbəb, test zamanı sızma halında kəmərdə təzyiqin yaranmasının qarşısını almaqdır.
Bütün xətlərin su ilə dolduğundan əmin olub boğulma/öldürmə xətləri, boğulma manifoldu, dayaq boru manifoldu və klapanlar vasitəsilə sirkulyasiya edirik. Bu təcrübə sınaq zamanı təzyiqin düşməsinin qarşısını almaq üçündür.
İşçi heyət hər bir qurğunun xüsusi sınaq ardıcıllığına uyğun olaraq qoçları və klapanları bağlayır.
Təzyiq testi müvafiq olaraq aşağı və yüksək olmalıdır və təzyiq minimum sızma ilə ən azı 5 dəqiqə sabitləşdirilməlidir.
Hər hansı avadanlığın təzyiq testi tələbindən keçmədiyinə əmin olduqdan sonra, supervayzerlərə bu barədə məlumat verilməlidir.
Bütün avadanlıqlar hər bir qazma qurğusuna uyğun olaraq sınaqdan keçirilənə qədər təzyiq testini davam etdiririk.
Bütün elementlər test olunub, əməliyyata yararlı olduqları təsdia olunandan sonra testi bitirib, quyuda ümumi əməliyyatlara davam edirik.
BOP və onun elementləri mütəmadi olaraq hər 21 gündən bir (bu rəqəm şirkətlərin siyasətinə görə dəyişə bilər) test edilməlidir.
Yalnız həlqəvi fəza qoruyucusu ( annular preventer) bu hala istisnadır. Ona görə ki, bu elementi mütəmadi olaraq, test etmək onun içərisindəki rezinin zədələnməsinə, yeyilməsinə və.s səbəb ola bilər. Bu da, növbəti proseslərdə müxtəlif fəsadlara və maliyyə problemlərinə səbəb ola bilər. 