Bizə tez-tez verilən sualları cavablamışıq
Azərbaycan Mühəndislər Birliyində 2 cür üzvlük mövcuddur.
1. Standart üzvlük - ödənişsiz
2. Premium üzvlük - ödənişli (3 aylıq - 100 manat)
Üzv ol - bölməsinə daxil olaraq, şəxsi məlumatlarınızı qeyd edib, üzvlük növünü seçib üzv olmaq üçün müraciətinizi təqdim edirsiniz. Üzvlük müraciətinizə baxıldıqdan sonra üzvlüyə qəbul haqqında emailinizə məlumat göndərilir.
Biz daima sizin inkişafınız üçün müxtəlif təlimlər, seminarlar, texniki gəzintilər, mühəndislərlə görüş və s. təşkil edirik. Üzv olmaqla bu imkanlardan yararlana bilər, Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən istənilən tədbirə müraciət edib, iştirak haqqı qaza bilərsiniz.
Təşkil etdiyimiz tədbirlərə (seminar, texniki gəzinti və s.) qeydiyyatdan keçmək üçün şəxsi profilinizdən "Tədris bölməsinə" daxil olub, "Müraciət et" funksiyasını seçirsiz. Açılan səhifədə sizin hansı tədbirlərə müraciət etdiyinizin siyahısı və müraciətiniz qəbul olunub olunmadığı əks olunacaq. Yeni müraciət üçün isə "Yeni müraciət" funksiyasını seçirsiniz, açılan səhifədə Tədbirin adını, tədbirin başlama və bitmə tarixini, tədbirdə iştirak məqsədinizi (ətraflı şəkildə) qeyd edib "Təqdim et" düyməsinə vurursunuz.