Mühəndisliyə gedən ən doğru yol !

Haqqımızda

Mühəndisliyə gedən ən doğru yol !

Haqqımızda

Azərbaycan Mühəndislər İctimai Birliyi 2015-ci ildə yaradılmış, 2022-ci ildə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birliyin əsas məqsədi energetika, neft-qaz, kimya, geologiya, geofizika, proseslərin avtomatlaşdırılması, ekologiya və digər mühəndislik sahələri üzrə peşəkar bacarıqlara və intelektual biliyə malik yeni nəsil mühəndis kadrlar yetişdirməkdir. Bu məqsədimizə çatmaq üçün AZMİİB olaraq birliymizdə fəaliyyət göstərən 12 departamentimizlə yüksək səviyyəli kadrların yetişməsi üçün kurslar, seminarlar, təlimlər, respublika səviyyəli olimpiadalar, müxtəlif sahələrə texniki gəzintilər kimi bir çox tədbirlər həyata keçiririk. 2022-ci il ərzində keçirdiyimiz tədbirlərə ümumilikdə 3000 nəfərdən çox tələbə iştirak edib.