⚡ Yay İnkişaf Proqramı 2026
🔌 Elektrik mühəndisliyi – Elektrik Layihələndirilməsi
Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Yay İnkişaf Proqramı 2026 çərçivəsində elektrik mühəndisliyi sahəsinə maraq göstərən tələbə və gənc mütəxəssislər üçün “Elektrik Layihələndirilməsi” kursuna qeydiyyat açıq elan olunur.
Təlim proqramı iştirakçılara elektrik layihələrinin hazırlanması, işıqlandırma sistemlərinin hesablanması, elektrik təchizatı sistemlərinin layihələndirilməsi, kabel seçimi, paylayıcı şkaflar, transformatorlar və torpaqlanma sistemləri üzrə nəzəri və praktiki biliklər qazandıracaq.
📅 Müddət: 3 ay
🕒 Dərslər: Həftədə 2 dəfə
📜 Sertifikat təqdim olunur
🎯 Praktiki layihə:
35/0,4 kV-luq yarımstansiya və inzibati binanın elektrik layihəsinin hazırlanması
👨🎓 Təlimçi:Samir Qurbanov
(Elektrik təchizati xidməti şöbəsinin rəis müavini – Bakı Metropoliteni)
🔗 Proqram mövzuları ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4fyxxif
June 29, 2026 - Paylaşdı: Admin