🍏 Yay İnkişaf Proqramı 2026
📖 Qida Mühəndisliyi – Qida Təhlükəsizliyi Qanunvericiliyinin İzahı
Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Yay İnkişaf Proqramı 2026 çərçivəsində qida mühəndisliyi və qida sektoruna maraq göstərən tələbə, məzun və mütəxəssislər üçün “Qida Təhlükəsizliyi Qanunvericiliyinin İzahı” təliminə qeydiyyat açıq elan olunur.
Bu təlim zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Qanunvericiliyi sadə, praktik və anlaşılan formada izah ediləcək, qanunda istifadə olunan terminlər və dövlət tələbləri real nümunələr əsasında müzakirə olunacaq.
👨🏫 Təlimçi: Aydın Aydınzadə
Qida texnoloqu
📅 Başlama tarixi: 11 iyul 2026
⏱ Təlim formatı:
• Müddət: 1 ay
• Dərs günü: Hər şənbə
• Saat: 14:00
• Format: Qanun izahı + real nümunələr + sual-cavab
📚 Təlim mövzuları:
• Qida təhlükəsizliyinə giriş
• Qida zənciri və istehsal mərhələləri
• Qida subyektləri və hüquqi məsuliyyət
• Təhlükəsizlik göstəriciləri və praktik qanun analizi
🎁 Təlim iştirakçılarına “Qida təhlükəsizliyi – sadə dildə praktiki izah bələdçisi” kitabı hədiyyə ediləcək.
🎯 Təlimin sonunda iştirakçılar:
• Qida təhlükəsizliyi qanunvericiliyini daha rahat anlayacaq
• AQTA tələblərinin əsas məntiqini mənimsəyəcək
• Qida sektorundakı hüquqi riskləri tanıyacaq
• Qida obyektlərində hüquqi yanaşmanı formalaşdıracaq
🔗 Proqram mövzuları ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4urAVzl
June 10, 2026 - Paylaşdı: Admin