[email protected] +994 99 303 07 01
November 03, 2023 - Paylaşdı: Admin

Xoşbəxt Yusifzadənin əziz xatirəsinə həsr olunmuş "Gələcəyin Neftçiləri" olimpiadası baş tutub

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və Baker Hughes şirkətinin dəstəyi ilə akademik Xoşbəxt Yusifzadənin əziz xatirəsinə həsr olunmuş "Gələcəyin Neftçiləri" olimpiadası baş tutub.
Hər komandada 4 nəfər olmaqla 12 komandadan ibarət yarışda qrup, yarımfinal və final mərhələləri olub.
Mübarizənin sonunda 1-ci yeri Orxan Nəsibov, Ariza Puçaxova və
Rza Abdullayevin təmsil etdiyi BANM-ın "Well Warriors" komandası, 2-ci yeri Raul Əsadzadə, Məhəmmədəli Ağayev, Həzərxan Həsənzadə və Səyyar Abdullayevin təmsil etdiyi ADNSU-nun "Sabahın Neftçiləri" komandası, 3-cü yeri isə Ayhan Əmraslanov,
Fərid Məmmədov, Ruslan Əlizadə, Rüstəm Binyatovun təmsil etdiyi BANM-ın "AzPetroLuxe" komandası qazanıb.
Qaliblərə Azərbaycan Mühəndislər Birliyi və Baker Hughes şirkəti tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olundu. Onlar həmçinin Baker Hughes şirkətinə texniki gəzintidə iştirak edəcəklər.
Yarış zamanı cavabların yoxlanılmasında münsif kimi iştirak edən Baker Hughes şirkətinin nümayəndəsi Tural Cəfərxanlı və SOCAR nümayəndəsi İlham Əsgərliyə, yarışın təşkilində əməyi olan bütün komanda üzvlərinə və göstərdikləri dəstək üçün UFAZ rəhbərliyinə təşəkkürümüzü bildiririk!