[email protected] +994 99 303 07 01
October 14, 2023 - Paylaşdı: Admin

Xəzər regionunda vitse-prezidenti Graeme Taylor ilə görüş günü keçirilib

Azərbaycan Mühəndislər Birliyi və Azərbaycan-Fransız Universitetinin birgə təşkilatçılığı ilə nüfuzlu neft şirkətlərindən biri olan Halliburton şirkətinin Xəzər regionunda vitse-prezidenti Graeme Taylor ilə görüş günü keçirilib.
Tədbirdə Graeme Taylor ilə yanaşı Halliburton şirkətinin İnsan Resursları üzrə rəhbəri Vüsalə Əkbərova və Avrasiya regionunda Biznesin İnkişafı üzrə vitse-prezidenti Vüqar Məmmədov da iştirak ediblər. Graeme Taylor gənc tələbələrə liderlik bacarığının əhəmiyyəti və düzgün karyera planlaması mövzusunda danışıb. Daha sonra tələbələrin sualları çərçivəsində Graeme Taylor həmkarları ilə birgə Halliburton şirkəti və onun gördüyü işlər, işə qəbul prosesi və təcrübə proqramları haqqında ümumi məlumat verib.
Gənclərin gələcək karyera həyatında gərəkli olan məlumatları bizimlə bölüşməsi üçün yaratdığı şəraitə görə Halliburton şirkətinə xüsusi təşəkkürümüzü bildiririk!
İndi isə iştirak edən gənclərə üzümüzü tutub, səmimi fikir və təkliflərini bizimlə paylaşmalarını istəyirik.
Belə möhtəşəm görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir.