[email protected] +994 99 303 07 01
October 20, 2026 - Paylaşdı: Admin

UNEC-də tələbələrlə görüş keçirdik!

📍 UNEC-də tələbələrlə görüş keçirdik!

8 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin tələbələri ilə infosessiya keçirdik.

İnfosessiya zamanı Birliyimizin fəaliyyəti, tələbələr üçün yaratdığımız imkanlar və mühəndislik sahəsində peşəkar inkişaf perspektivləri haqqında ətraflı məlumat verildi. Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi, mühəndislik mühitini daha yaxından tanıması və gələcək karyeralarına hazırlaşması istiqamətində həyata keçirdiyimiz fəaliyyətlər diqqətə çatdırıldı.

Seminarlar, təlimlər, təqaüd proqramları, olimpiadalar, mentorluq proqramları, texniki gəzintilər və sənaye müəssisələri ilə görüşlər vasitəsilə tələbələrə yeni biliklər qazanmaq, praktiki təcrübə əldə etmək və peşəkar əlaqələr qurmaq imkanları təqdim edirik.

Görüşün sonunda tələbələrin sualları cavablandırıldı, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıldı.

İnfosessiyanın keçirilməsində yaratdıqları şəraitə və göstərdikləri dəstəyə görə UNEC rəhbərliyinə, həmçinin Mühəndislik fakültəsinin dekanı Elçin Səmədova, dekan müavini Sevinc Abdullayevaya və Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri Tural Nağıyevə təşəkkürümüzü bildiririk.

İştirak edən bütün tələbələrə də maraq və fəallıqlarına görə təşəkkür edir, gələcəyin mühəndisləri ilə yeni görüşlərdə bir araya gəlməyi arzulayırıq! 🩵

#AZMİİB #UNEC #Mühəndislik #GələcəyinMühəndisləri