2023/2024-cü tədris ili üçün French-Azerbaijani University - UFAZ bakalavr proqramlarına qeydiyyat davam edir.
UFAZ bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə təhsil təklif edir:
Kompüter Elmləri (60 yer)
Kimya Mühəndisliyi (35 yer)
Geofizika Mühəndisliyi (30 yer)
Neft və Qaz Mühəndisliyi (35 yer)
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 bal toplamış abituriyentlər UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.
UFAZ-da təhsil ingilis dilində aparılır və təklif edilən 160 yerin hamısı dövlət sifarişlidir.
Onlayn qeydiyyat üçün son müraciət tarixi 1 avqust 2023-cü il saat 23:59:59-dur.
Qəbul imtahanı avqust ayının 4-də UFAZ-ın əsas binasında keçiriləcəkdir. UFAZ-a qəbul imtahanı təhsil aldığı bölmədən asılı olaraq həm azərbaycan, həm də rus dillərində aparılır.
UFAZ məzunları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Fransanın Strasburq Universitetinin diplomlarını alır.
Qeydiyyat üçün : https://admission.ufaz.az