Bu gün @ufaz.university UFAZ - Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Bu müddət ərzində UFAZ yüksək akademik standartları, beynəlxalq əməkdaşlığı və innovativ yanaşması ilə Azərbaycan təhsil sisteminə mühüm töhfələr verib.
Mühəndislik və elmi tədqiqat sahəsində yetişən gənc mütəxəssislər ölkəmizin gələcək inkişafında önəmli rol oynayır.
Azərbaycan Mühəndislər Birliyi olaraq UFAZ kollektivini bu əlamətdar yubiley münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!
February 14, 2026 - Paylaşdı: Admin