[email protected] +994 99 303 07 01
July 14, 2025 - Paylaşdı: Admin

TRIP&LEARN” sessiyası “Bayramlı Group” şirkətində uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “TRIP&LEARN” sessiyası “Bayramlı Group” şirkətində uğurla başa çatdı!

İştirakçılar dozatorun müxtəlif növləri ilə işləyərək hər birini dərindən öyrəndilər. Bununla yanaşı, nümunə hazırlanıb vortex, isidici-çalxalayıcı blokdan keçirildi. Bir sıra fərqli qurğuların iş prinsipi öyrənildi və əyani şəkildə müşahidə olundu.

Sessiya iştirakçılara nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazandıraraq sahə üzrə biliklərini dərinləşdirməyə imkan yaratdı. Tədbirin təşkilinə verdiyi dəyərli dəstəyə görə “Bayramlı Group” şirkətinə təşəkkür edirik! Fəal iştiraklarına görə bütün iştirakçılara minnətdarıq.

Öyrənmək, inkişaf etmək və yeni biliklər əldə etmək üçün bizi izləməyə davam edin! 💙