[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

TARİX: 1969-CU İLİN 14 İYULUNDA HEYDƏR ƏLİYEV AZƏRBAYCAN KP MK-NIN I KATİBİ SEÇİLDİ.

1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi.

Həmin gün respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır.

Azərbaycan haqqında nəinki keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə ”Neft Bakısı deyil”, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.