[email protected] +994 99 303 07 01
October 10, 2026 - Paylaşdı: Admin

Tətbiqi Elektronika Mühəndisliyi üzrə kurs uğurla başa çatdı! ⚡️🔧

“Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Tətbiqi Elektronika Mühəndisliyi üzrə kurs uğurla başa çatdı! ⚡️🔧

Kurs müddətində iştirakçılar elektronikanın əsaslarını həm nəzəri, həm də praktiki şəkildə öyrənərək əldə etdikləri bilikləri real layihələr üzərində tətbiq ediblər.

Kurs zamanı iştirakçılar:

🔹 Elektronikanın əsas anlayışları və komponentləri
🔹 Elektron sxemlərin oxunması və qurulması
🔹 Rezistor, kondensator, diod, tranzistor və digər komponentlərlə iş
🔹 Sxemlərin praktiki şəkildə yığılması və test edilməsi
🔹 PCB dizaynının əsasları
🔹 PCB üzərində komponentlərin yerləşdirilməsi və sxemlərin hazırlanması
🔹 Elektron layihələrin hazırlanması və praktiki tətbiqi

üzrə bilik və bacarıqlar əldə ediblər.

Kurs ərzində interaktiv müzakirələr aparılıb, praktiki tapşırıqlar yerinə yetirilib və iştirakçılar öyrəndikləri nəzəri bilikləri real elektron sxemlər və PCB layihələri üzərində tətbiq ediblər.

Bu dəyərli və peşəkar təlim üçün təlimçimizə təşəkkür edir, bütün iştirakçılarımızı kursu uğurla başa vurmaları münasibətilə təbrik edirik! 🎓👏

Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!