[email protected] +994 99 303 07 01
September 27, 2026 - Paylaşdı: Admin

Sustainable Industrial Chemistry təlimi uğurla başa çatdı!

Azərbaycanda ilk dəfə keçirilən – Sustainable Industrial Chemistry təlimi uğurla başa çatdı!

☀️ Yay İnkişaf Proqramı 2026 çərçivəsində Kimya və Kimya mühəndisliyi istiqaməti üzrə təşkil olunan 4 günlük təlim iştirakçılar üçün faydalı və maraqlı keçdi.
🧪 Təlim müddətində aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparıldı:

📌 Yaşıl kimyaya giriş və əsas istiqamətlər
📌 Yaşıl həlledicilər (Green Solvents) və müasir elmi-texnoloji yeniliklər
📌 Həyat Dövrünün Qiymətləndirilməsi (Life Cycle Assessment – LCA)

💡 Təlim zamanı iştirakçılar sənayedə davamlı kimyanın tətbiqi, ekoloji yanaşmalar və müasir kimyəvi texnologiyalar haqqında yeni biliklər əldə etdilər.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Lətafət Mustafayevaya – CAPEX Specialist at SOCAR Downstream təşəkkür edirik!

📲 Siz də belə təlim və seminarlardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, səhifəmizi izləməyi və qrupumuza qoşulmağı unutmayın! 🚀