[email protected] +994 99 303 07 01
September 12, 2026 - Paylaşdı: Admin

Sustainable Industrial Chemistry Kursu

Azərbaycanda ilk dəfə! - Sustainable Industrial Chemistry Kursu

☀️ Yay İnkişaf Proqramı 2026

🧪 Kimya və Kimya mühəndisliyi üzrə

Dünyada kimya sənayesi artıq yalnız istehsal deyil, davamlı inkişaf, yaşıl texnologiyalar, nanomateriallar, yaşıl həlledicilər və ekoloji proseslər üzərində qurulur.

Azərbaycan Mühəndislər Birliyinin “Yay İnkişaf Proqramı 2026” çərçivəsində təşkil olunan “Sustainable Industrial Chemistry Kursu” iştirakçılara müasir sənaye kimyasında tətbiq olunan innovativ və dayanıqlı texnologiyalar haqqında nəzəri və praktik biliklər qazandıracaq.

Bu kurs Azərbaycanda ilk dəfə olaraq yaşıl kimya və davamlı sənaye kimyası istiqamətində ən aktual elmi və sənaye mövzularını vahid proqram çərçivəsində təqdim edir.

👨‍🎓 Kimlər üçün uyğundur?
• Kimya mühəndisliyi tələbələri
• Kimya və tətbiqi kimya ixtisasları üzrə təhsil alanlar
• Magistr və doktorantlar
• Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olanlar
• Kimya, neft-kimya və emal sənayesində çalışan mütəxəssislər
• Davamlı inkişaf və yaşıl texnologiyalar sahəsinə maraq göstərənlər

👩‍🏫 Təlimçi: Lətafət Mustafayeva - CAPEX Specialist at SOCAR Downstream

🌱 Kurs müddətində iştirakçılar yaşıl kimya prinsipləri, nanomateriallar, yaşıl ekstraksiya, LCA və müasir sənaye texnologiyaları üzrə biliklərini inkişaf etdirəcəklər.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4pPUlx7