[email protected] +994 99 303 07 01
June 10, 2026 - Paylaşdı: Admin

Sumqayıt Dövlət Universitetində təşkil olunan Karyera Sərgisi və Əmək Yarmarkasında iştirak etdik.

Azərbaycan Mühəndislər Birliyi olaraq Sumqayıt Dövlət Universitetində təşkil olunan Karyera Sərgisi və Əmək Yarmarkasında iştirak etdik.

Tədbir müddətində tələbə və məzunlarla keçirilən görüşlərdə Azərbaycan Mühəndislər Birliyinin fəaliyyəti, həyata keçirdiyi layihələr, gənc mühəndislər üçün yaratdığı inkişaf imkanları və gələcək hədəfləri haqqında ətraflı məlumat təqdim olundu. İştirakçılarla aparılan səmimi söhbətlər zamanı onların karyera planları, ixtisas istiqamətləri və peşəkar inkişaf məqsədləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Eyni zamanda AZMİİB-in Üzvlük Proqramının təqdim etdiyi imkanlar, mühəndis tələbələrin şəxsi və peşəkar inkişafına verdiyi töhfələr iştirakçıların diqqətinə çatdırıldı. Böyük maraqla qarşılanan “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı haqqında ətraflı məlumat verildi, proqram çərçivəsində gənclərə yaradılan fürsətlər və onların gələcək karyeralarına qazandırdığı üstünlüklər vurğulandı.

Tədbir çərçivəsində tələbələrin aktiv iştirakını təmin etmək məqsədilə AZMİİB Online Quiz platforması üzərindən müxtəlif mühəndislik sahələrini əhatə edən interaktiv bilik yarışları təşkil edildi. Yarış iştirakçıları həm biliklərini sınamaq, həm də əyləncəli və motivasiyaedici atmosferdə yeni təcrübə qazanmaq imkanı əldə etdilər.

SDU-da keçirilən Karyera Sərgisi və Əmək Yarmarkası bizim üçün gənclərlə daha yaxından ünsiyyət qurmaq, yeni əlaqələr formalaşdırmaq və gələcəyin mühəndislərinin inkişafına töhfə vermək baxımından olduqca dəyərli və yaddaqalan təcrübə oldu.

Gənc mühəndislərin inkişafı, peşəkar potensialının artırılması və gələcəyin uğurlu kadrlarının formalaşdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik! 🚀

#AZMİİB #SDU #KaryeraSərgisi #ƏməkYarmarkası #Mühəndislik GələcəyinMühəndisləri Quiz TəqaüdProqramı