Azərbaycan Mühəndislər Birliyi tərəfindən 26 oktyabr tarixində “STP Info Day” tədbiri baş tutub.
Bu tədbir zamanı iştirakçılar “Sabahın Gücü” və “Zərif Mühəndislər” proqramı haqqında məlumatlandırıldı. Təcrübəçi seçilmək üçün lazımi kriteriyalar, müsahibədən əvvəl və sonra diqqət yetirilməli olan əsas məqamlar və digər vacib faktorlar haqqında əməkdaşlar və proqramın HR komandası tərəfindən iştirakçılara ətraflı məlumat və tövsiyələr verildi.
Daha sonra tələbələrin proqramın yaratdığı imkanlar, seçim prosesi ilə bağlı verdiyi suallar geniş şəkildə cavablandırıldı.
Tələbələrin bilik və təcrübə əldə etmələrinə dəstək olduğu üçün, onları ətraflı məlumatlandırdığı üçün “Sabahın Gücü” və “Zərif Mühəndislər” proqramının təşkilatçılarına və əməkdaşlarına Azərbaycan Mühəndislər Birliyi adından təşəkkürümüzü bildiririk. Bizimlə öyrənmək və inkişaf etmək, eləcə də daha çox imkanlardan faydalanmaq üçün bizi izləyin! 💙


July 13, 2025 - Paylaşdı: Admin