[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

SOCAR Polymer şirkətinə texniki gəzinti baş tutdu

13 aprel tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə tələbələr üçün SOCAR Polymer şirkətinə texniki gəzinti baş tutdu.
İlk öncə tələbələrə müəssisədəki təhlükəsizlik qaydaları, baş verəcək hadisələrə qarşı görülməli olan tədbirlər izah olundu. Daha sonra mühəndislər tərəfindən iştirakçılara istehsalat sahəsində istifadə olunan reaktorların növləri, kompressorlar, prosesin gedişatı ətraflı şəkildə izah olunub.
Tələbələrin biliklərinin artırılmasında, texniki gəzintinin təşkilində Azərbaycan Mühəndislər Birliyi üçün bu şəraiti yaratdığına görə SOCAR Polymer rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.