[email protected] +994 99 303 07 01
March 17, 2026 - Paylaşdı: Admin

SOCAR Polymer şirkətinə təşkil olunan field trip uğurla baş tutdu.

📢 Üzvlük proqramı çərçivəsində SOCAR Polymer şirkətinə təşkil olunan field trip uğurla baş tutdu.


🏭 Səfər zamanı iştirakçılar müəssisənin istehsal prosesi, istifadə olunan texnologiyalar və sənayedə tətbiq olunan müasir avadanlıqlar haqqında ətraflı məlumat əldə etdilər.


📌 Müəssisənin fəaliyyəti və istehsal sahələri

📌 Polimer məhsullarının istehsal mərhələləri

📌 İstehsalda istifadə olunan texnologiyalar və avadanlıqlar

📌 Sənayedə təhlükəsizlik və keyfiyyət standartları


💡 Field trip zamanı iştirakçılar real istehsal mühiti ilə yaxından tanış oldular və mütəxəssislərə suallar ünvanlamaq imkanı əldə etdilər.


🤝 Bu səfərin təşkilində göstərilən dəstəyə görə SOCAR Polymer komandasına təşəkkür edirik.


📲 Siz də belə seminar, təlim və texniki səfərlərdə iştirak etmək istəyirsinizsə səhifəmizi izləməyi və WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀