📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan SOCAR Karbamid Zavoduna texniki gəzinti uğurla başa çatdı!
Texniki gəzinti zamanı iştirakçılar zavodun ümumi istehsalat fəaliyyəti, texnoloji proseslərin ardıcıllığı və sənaye təhlükəsizliyi qaydaları ilə tanış oldular. Müəssisənin fəaliyyət istiqamətləri, istehsal olunan məhsulun təyinatı və kimya sənayesindəki rolu barədə məlumat verildi.
İstehsalat sahəsinə baxış zamanı xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər olan əsas texnoloji mərhələlər, tətbiq olunan müasir avadanlıqlar, avtomatlaşdırma səviyyəsi və istehsal prosesinin idarə olunması prinsipləri əyani şəkildə izah olundu.
Sonda iştirakçılar mütəxəssislərlə sual-cavab zamanı texnoloji proseslər və istehsalatın təşkili ilə bağlı suallarına cavab aldılar.
SOCAR Karbamid Zavodunun rəhbərliyinə dəstək və qonaqpərvərlik üçün təşəkkür edirik.
📌 Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi unutmayın! 💙


January 03, 2026 - Paylaşdı: Admin