[email protected] +994 99 303 07 01
December 02, 2023 - Paylaşdı: Admin

SOCAR Downstream-a texniki gəzinti

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün SOCAR Downstream-a texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına SƏTƏMM mühəndisi Elsevər Nağıyev tərəfindən zavod daxilində təhlükəsizlik qaydaları barədə ətraflı məlumatlandırmaq üçün SƏTƏMM təlimi keçilmişdir.Daha sonra isə zavodda neft emalı zamanı istifadə olunan qurğular və onların işləmə prinsipi haqqında tələbələri Panel operatoru və daxili təlimçi Elnur Cəbrayılzadə məlumatlandırmışdır.
Tələbələrin praktiki biliklər əldə etməsini təmin etdiyi üçün SOCAR Downstream rəhbərliyinə, həmçinin bu gəzinti zamanı göstərdikləri dəstəyə görə mühəndislərə və Pərvanə Əhmədovaya təşəkkür edirik!