Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya Mühəndisliyi üzvləri üçün 24 oktyabr tarixində “SOCAR Downstream Management(SDM)” istehsal zavoduna texniki gəzinti baş tutub.
Bu gəzinti zamanı iştirakçılara SƏTƏM mühəndisləri tərəfindən təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat təqdim edildi. Daha sonra, zavodda baş verən istehsalat, neft-qaz emalı və neft-kimya prosesləri barədə və bu proseslər zamanı istifadə edilən qurğular haqqında geniş məlumat verildi. Bununla yanaşı tələbələrin təcrübə imkanları, təcrübə proqramlarının seçim prosesi və.s barədə sualları ətraflı şəkildə cavablandırıldı.
Tələbələrin praktiki biliklər əldə etməsini təmin etdiyi üçün “SOCAR Downstream Management(SDM)” şirkətinin rəhbərliyinə, həmçinin bu gəzinti zamanı göstərdiyi dəstəyə görə zavodun əməkdaşlarına, Azərbaycan Mühəndislər Birliyi adından öz təşəkkürümüzü bildiririk.Bizimlə öyrənmək və inkişaf etmək üçün daha çox imkanlar üçün bizi izləyin!💙
July 13, 2025 - Paylaşdı: Admin