[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

SOCAR Downstream şirkətinə texniki gəzinti baş tutub.

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə 16 may tarixində SOCAR Downstream şirkətinə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına şirkətin fəaliyyəti haqqında ümumi məlumat verilib. Daha sonra təhlükəsizlik qaydaları haqqında danışılıb və iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə Fərdi Mühafizə Vasitələri ilə təchiz  olunublar. Sahə gəzintisi zamanı iştirakçılar zavodda görülən işlərlə yaxından tanış olmuş, yaranan suallar mühəndislər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
Gənclərin sənaye biliklərinin artırılmasında, texniki gəzintinin təşkilinə Azərbaycan Mühəndislər Birliyi üçün bu şəraiti yaratdığına görə SOCAR Downstream rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk!