16 dekabr tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə tələbələr üçün SOCAR Azneft İB-nin Bibiheybət NQÇİ-yə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat təqdim edilmişdir. Daha sonra, sahədəki quyular barədə geniş məlumat verilmişdir. Bununla yanaşı tələbələr neftin, qazın və suyun kimyəvi analiz laboratoriyasında lay sularının analizlərinin aparılması ilə tanış olublar.
Gənclərin sənaye biliklərinin artırılmasında, texniki gəzintinin təşkilinə Azərbaycan Mühəndislər Birliyi üçün şərait yaratdığına görə SOCAR Azneft İB rəhbərliyinə və Bibiheybət NQÇİ-nin kollektivinə öz təşəkkürümüzü bildiririk.