[email protected] +994 99 303 07 01
November 12, 2023 - Paylaşdı: Admin

SOCAR Azneft İB-nin Əmirov adına NQÇİ-yə texniki gəzinti baş tutub

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə tələbələr üçün SOCAR Azneft İB-nin Əmirov adına NQÇİ-yə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat təqdim edilmişdir. Daha sonra, sahədəki quyular barədə geniş məlumat verilmişdir. Bununla yanaşı tələbələr mancanaq dəzgahının iş prinsipi, quyudan çıxan neftin təmizlənməsi, quyularda yaranan problemlər və onların həlli üsulları ilə tanış olublar.
Gənclərin sənaye biliklərinin artırılmasında, texniki gəzintinin təşkilinə Azərbaycan Mühəndislər Birliyi üçün şərait yaratdığına görə SOCAR Azneft İB rəhbərliyinə və Əmirov adına NQÇİ-nin kollektivinə öz təşəkkürümüzü bildiririk.