[email protected] +994 99 303 07 01
June 29, 2026 - Paylaşdı: Admin

Sənaye Avtomatlaşdırılması Kursu (Praktiki)

☀️ Yay İnkişaf Proqramı 2026

⚙️ Sənaye Avtomatlaşdırılması Kursu (Praktiki)

Müasir sənaye müəssisələrinin əsasını avtomatlaşdırma sistemləri təşkil edir. PLC-lər, sensorlar, kontrollerlər və tezlik çeviriciləri (VFD) istehsalat proseslərinin idarə olunmasında mühüm rol oynayır.

Azərbaycan Mühəndislər Birliyinin Yay İnkişaf Proqramı 2026 çərçivəsində təşkil olunan Sənaye Avtomatlaşdırılması Kursu iştirakçılara sənayedə istifadə olunan real avadanlıqlar üzərində praktik təcrübə qazanmaq imkanı təqdim edir.

👨‍🎓 Kimlər üçün uyğundur?

• Proseslərin avtomatlaşdırılması mühəndisliyi tələbələri
• Elektrik və elektronika mühəndisliyi tələbələri
• Mexatronika və idarəetmə sistemləri üzrə təhsil alanlar
• PLC proqramlaşdırmasını öyrənmək istəyənlər
• Gənc mühəndislər və texniki mütəxəssislər

👨‍🏫 Təlimçilər
* Emin Allahverdi - Alport Baku LLC - Avtomatika Mühəndisi
* Hüseyn Əliyev - SOCAR-STP LLC - Avtomatika Mühəndisi

🎯 Kurs müddətində iştirakçılar PLC, VFD, temperatur və təzyiq kontrollerləri, rele və sensorlarla işləyərək real sənaye tətbiqlərini öyrənəcəklər.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/3QL1vpf