[email protected] +994 99 303 07 01
November 06, 2025 - Paylaşdı: Admin

SƏTƏMM üzrə online Webinar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən SƏTƏMM üzrə online Webinar uğurla başa çatdı!

2 noyabr tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Means of Communication in Construction sites” mövzusunda Online Webinar keçirildi.

Seminar mütəxəssis Təbriz Nərimanlının təqdimatında baş tutdu və iştirakçılara tikinti sahələrində effektiv ünsiyyət strategiyaları, təhlükəsizlik məlumatlarının ötürülməsi və risklərin idarə edilməsi barədə dərin biliklər qazandırıldı.

📍 Seminarın əsas mövzuları:
🔹 TBT (Toolbox Talk) – Gündəlik Təhlükəsizlik Söhbətlərinin vacibliyi.
🔹 Şifahi vs Yazılı Ünsiyyət – Hər iki ünsiyyət növünün üstünlükləri və istifadə vasitələri (RFI, Procore, E-maillər).
🔹 Vizual Ünsiyyət – Təhlükəsizlik nişanları və digər vizual vasitələr.
🔹 Hadisə Hesabatı Axını Diaqramı – Hadisə baş verdikdə dərhal və düzgün hesabatın təmin edilməsi.
🔹 Sahədən real təhlükəsizlik nümunələri.
🔹 Tikinti sahələrində ünsiyyətin dayanıqlı mühəndislik həllərində rolu.

Seminar zamanı iştirakçılar tikinti mühitində ünsiyyət xətalarından yaranan potensial riskləri müzakirə etdilər, beynəlxalq iş təcrübələrindən praktik nümunələr üzərindən fikir mübadiləsi apardılar və SƏTƏMM məsuliyyətinin önəmini dərk etdilər.

Bu faydalı və dəyərli Webinar üçün mütəxəssis Təbriz Nərimanlıya təşəkkür edirik!

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙