Rəsmi mərhələ: Jurnalımız ISSN əldə etdi!
Azərbaycan Mühəndislər Birliyinin Open Access elmi jurnalı “The Voice of Azerbaijan Engineers” (TVAE) beynəlxalq serial nəşr identifikatoru olan ISSN qeydiyyatını uğurla tamamlamışdır. Bu, jurnalın elmi nəşr kimi rəsmi tanınması, akademik identifikasiyasının güclənməsi və uzunmüddətli institusional inkişafı üçün əsas mərhələlərdən biridir.
✅ ISSN (Online / e-ISSN): 3135-2480
TVAE Azərbaycan Mühəndislər Birliyi tərəfindən nəşr olunan, açıq girişli (Open Access), resenziyalı (peer-reviewed) elmi platformadır. Jurnal mühəndislik və texniki elmlər üzrə müasir tədqiqatların, icmalların, texniki qeydlərin və tətbiqi case-study materiallarının yayımını hədəfləyir.
📌 Jurnalın əsas nəşr standartları və prinsipləri
• Open Access – məqalələr oxucular üçün sərbəst əlçatandır
• Creative Commons CC BY 4.0 lisenziyası
• Double-blind peer review (ikili kor resenziya)
• Dillər: AZ | EN | RU
• Periodiklik: rüblük — ildə 4 buraxılış
Bu nəticə Azərbaycan Mühəndislər Birliyinin İnnovasiya və Elmi Tədqiqatlar Departamenti tərəfindən jurnalın qurulması, sistemləşdirilməsi, rəsmi nəşr tələblərinə uyğunlaşdırılması və elmi platforma kimi möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl işlərin mühüm göstəricisidir.

June 01, 2026 - Paylaşdı: Admin