📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Qida mühəndisliyi üzvləri üçün N1 Çörək Zavoduna texniki gəzinti təşkil olundu!
Gəzinti zavodun girişində həyata keçirilən sanitar-gigiyena qaydalarının ətraflı izahı ilə başladı. Tələbələrə dezinfeksiya prosedurları, spirt və əl yuma qaydaları praktiki şəkildə göstərildi və istehsalat sahəsinə daxil olmadan öncə riayət edilməli olan bütün gigiyenik tələblər barədə məlumat verildi.
Daha sonra iştirakçılar zavodun daxilində çörək istehsalının bütün mərhələləri ilə tanış oldular. Xəmirin hazırlanması, yoğrulması, formalaşdırılması, bişirilməsi, soyudulması və qablaşdırılması ardıcıllıqla nümayiş etdirildi. İstehsal xətləri, texnoloji proseslər və avadanlıqların iş prinsipləri barədə mütəxəssislər tərəfindən geniş izahlar təqdim olundu.
Gəzinti çərçivəsində tələbələr çörək istehsalında keyfiyyətə nəzarət prosedurları, laboratoriya müayinələrinin rolu və gigiyena standartlarının tətbiqi haqqında da məlumat aldılar. Zavodun laboratoriyası ilə tanışlıq zamanı məhsulların keyfiyyət göstəricilərinin necə analiz olunduğu, təhlükəsizlik və standartlara uyğunluğun necə qiymətləndirildiyi əyani şəkildə göstərildi.
İştirakçılar mütəxəssislərlə sual-cavab zamanı istehsal prosesi haqqında maraqlandıran suallara cavab almaq imkanı əldə etdilər.
Zavod rəhbərliyinə göstərdikləri dəstək və qonaqpərvərlik üçün təşəkkür edirik.
Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



December 14, 2025 - Paylaşdı: Admin