🎓 **AZMİİB-in 2026–2027 Üzvlük Proqramı çərçivəsində mentorluq proqramına başlanılıb!**
Azərbaycan Mühəndislər Birliyinin 2026–2027 Üzvlük Proqramı çərçivəsində Qida mühəndisliyi üzrə mentorluq proqramına başlanılıb!
📌 Proqram çərçivəsində üzvlərimiz **Kamal Mehdiyevin** mentorluğu ilə ümumilikdə 6 görüşdə iştirak edəcəklər.
🔹 Mentorluq görüşlərinin əsas məqsədi üzvlərimizin peşəkar inkişafına dəstək olmaq, seçdikləri mühəndislik sahəsini daha yaxından tanımalarına, real iş mühiti haqqında məlumat əldə etmələrinə və gələcək karyeralarını planlaşdırmalarına kömək etməkdir.
🔹 Görüşlər zamanı iştirakçılar karyera imkanları, şirkətlər və təcrübə proqramları, CV və LinkedIn profillərinin hazırlanması, iş müsahibələrinə hazırlıq və digər vacib mövzular ətrafında müzakirələr aparacaqlar.
💡 Mentorluq Proqramı nəzəri biliklərlə yanaşı, təcrübə mübadiləsinə, praktiki tapşırıqlara və mühəndislik karyerasına daha hazırlıqlı addım atmağa imkan yaradır.
Mentorumuz **Kamal Mehdiyevə** bu təşəbbüsə qoşulduğu və gələcəyin mühəndislərinin inkişafına töhfə verdiyi üçün təşəkkür edirik! 💙
Azərbaycan Mühəndislər Birliyi (AZMİİB)
**Mühəndisliyə gedən ən doğru yol!**


November 07, 2026 - Paylaşdı: Admin