[email protected] +994 99 303 07 01
October 31, 2026 - Paylaşdı: Admin

Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə keçirilən “Sənayedə Avtomatika Sistemləri” seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə keçirilən “Sənayedə Avtomatika Sistemləri” seminarı uğurla başa çatdı!

Seminar zamanı iştirakçılara avtomatika sahəsinin əsas prinsipləri, sahə cihazları və real layihə təcrübələri haqqında ətraflı məlumat verildi.

📌 Müzakirə olunan əsas mövzular:
🔹 Sənaye avtomatikasının iş prinsipləri və istehsalat proseslərində tətbiqi
🔹 Sensorlar, ölçü cihazları, PLC və SCADA sistemlərinin iş prinsipi
🔹 Avtomatika mühəndisi kimi karyeraya başlamaq üçün tələb olunan bilik və bacarıqlar
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.

Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Kənan Rəhmanzadəyə təşəkkür edirik! 💙

Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!