[email protected] +994 99 303 07 01
October 31, 2026 - Paylaşdı: Admin

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə Mentorluq Proqramına başlanılıb

Azərbaycan Mühəndislər Birliyinin 2026–2027 Üzvlük Proqramı çərçivəsində Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə Mentorluq Proqramına başlanılıb!

Proqram çərçivəsində üzvlərimiz Emin Allahverdinin mentorluğu ilə ümumilikdə 6 görüşdə iştirak edəcəklər.

Mentorluq görüşlərinin əsas məqsədi üzvlərimizin peşəkar inkişafına dəstək olmaq, seçdikləri mühəndislik sahəsini daha yaxından tanımalarına, real iş mühiti haqqında məlumat əldə etmələrinə və gələcək karyeralarını planlaşdırmalarına kömək etməkdir.

Görüşlər zamanı iştirakçılar karyera imkanları, şirkətlər və təcrübə proqramları, CV və LinkedIn profillərinin hazırlanması, iş müsahibələrinə hazırlıq və digər vacib mövzular ətrafında müzakirələr aparacaqlar.

💡 Mentorluq Proqramı nəzəri biliklərlə yanaşı, təcrübə mübadiləsinə, praktiki tapşırıqlara və mühəndislik karyerasına daha hazırlıqlı addım atmağa imkan yaradır.

Mentorumuz - Emin Allahverdi bu təşəbbüsə qoşulduğu və gələcəyin mühəndislərinin inkişafına töhfə verdiyi üçün təşəkkür edirik!

Azərbaycan Mühəndislər Birliyi (AZMİİB)
Mühəndisliyə gedən ən doğru yol!