Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə Gənc Mühəndislər Təqaüd Proqramı uğurla başa çatdı.
Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə Gənc Mühəndislər Təqaüd Proqramı uğurla başa çatdı.
Proqram çərçivəsində keçirilən təlimlər avtomatika və sənaye idarəetmə sistemləri üzrə təlimçi mühəndislər tərəfindən həyata keçirildi və iştirakçılara sahə üzrə həm nəzəri, həm də praktiki biliklər təqdim olundu. 📌 Proqramın əsas mövzuları: 🔹 NÖC mühəndisinin gündəlik işi 🔹 Təhlükəsizlik sistemlərinə giriş 🔹 NÖC-lə təchiz olunmuş Təhlükəsizlik Sistemlərinin (SIS) əsasları 🔹 DCS/ESD sistemlərində sahə cihazlarının qoşulma üsulları və istifadə olunan kommunikasiya protokolları 🔹 İdarəetmə sistemlərində transmitter və klapanların konfiqurasiyası 🔹 S7-400 PLC-nin PCS7 vasitəsilə proqramlaşdırılması, hardware sazlamaları və SCADA (WinCC) tənzimləmələri 🔹 P&ID – I&C Engineers üçün oxunuş qaydaları və tətbiqi 🔹 Nəzarət-ölçü cihazları, sahədə rast gəlinən problemlər və onların aradan qaldırılması üsulları 🔹 Müsahibəyə hazırlıq
Təlim müddətində iştirakçılar avtomatika, idarəetmə və təhlükəsizlik sistemləri üzrə aktual mövzularla yaxından tanış olmuş, gələcək peşə fəaliyyətləri üçün faydalı bilik və təcrübə qazanmışlar.
Bu faydalı və məlumatlandırıcı təlimlərə görə təlimçilər Cahangir Qaraşov,Şəbnəm Ağayeva, Taleh Qasımlı-ya təşəkkür edirik!
Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙