[email protected] +994 99 303 07 01
October 20, 2023 - Paylaşdı: Admin

Oktyabrın ilk 2 həftəsi üzrə ən aktiv könüllülərini sizə təqdim edirik

👉Birliyimizin könüllülərindən ibarət komandasının oktyabrın ilk 2 həftəsi üzrə ən aktiv könüllülərini sizə təqdim edirik: Nəzrin Şıxəhmədova, Nərmin Allahverdiyeva, Nazilə Babazadə, Vüsal Kərimov, Nurgül Əhmədova, Şuriyyə Musayeva, Ruhid Məmmədov, Zümrüd Rəfiyeva, Sənan Rəhimli, Fərid Mirzəli
📌Bildirək ki, adlarını qeyd etdiyimiz könüllülərimiz birliyimizdə fəaliyyət göstərən könüllülər arasında ümumi səsvermə nəticəsində həftənin aktiv könüllüləri adını qazanmışlar. AZMİİB`də könüllü kimi xidmət göstərən tələbələrimiz sosial səhifələrəmizdə paylaşılan postların hazırlamasında, təlimlərin idarə edilməsində, sualların tərtib edilməsində böyük rol oynayırlar. Bundan əlavə, könüllülərimiz fəaliyyət göstərdikləri bu zaman dilimində həm texniki və yumşaq bacarıqlarını inkişaf edirir, həm də oxuduqları sahə üzrə təlimlərdə iştirak etmək haqqı qazanır.
👉AZMİİB adından bizə fəaliyyətimizdə böyük kömək və dəstək göstərən bütün könülülərimizin xidmətlərini yüksək dəyərləndirir, onlara təşəkkürümüzü bildiririk.