[email protected] +994 99 303 07 01
December 29, 2023 - Paylaşdı: Admin

NORM Sement zavoduna texniki gəzinti baş tutub.

Azərbaycan Mühəndislər Birliyinin

təşkilatçılığı ilə tələbələr üçün NORM Sement zavoduna texniki gəzinti baş tutub.

Ilk öncə gəzinti iştirakçılarına təhlükəsizlik qaydaları haqqında ətrafı məlumat təqdim edilmişdir. Daha sonra, zavodda baş verən istehsalat prosesləri barədə geniș məlumat verilmişdir. Bununla yanașı tələbələr laboratoriya șəraitində sementin fiziki xassələrini müəyyən etmək üçün istifadə olunan avadanlıqlarla tanış olmuşdular. Tələbələrin təcrübə imkanları, təcrübə proqramlarının seçim prosesi və.s barədə sualları ətraflı şəkildə cavablandırılmışdır.

Tələbələrin praktiki biliklər əldə etməsini təmin etdiyi üçün NORM Sement zavodu rəhbərliyinə, həmçinin bu gəzinti zamanı göstərdiyi dəstəyə görə mühəndislərə Azərbaycan Mühəndislər Birliyi adından öz təşəkkürümüzü bildiririk.