[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

Milli Qurtuluş Günüdür

Bu gün Milli Qurtuluş Günüdür.
Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir.
1993-cü ilin yayında ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib Bakıya gəldi və çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Azǝrbaycan Milli Mǝclisinin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ölkǝnin ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bayramınız mübarək!