📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Mexanika mühəndisliyi departamenti üzrə Tea Talk görüşü!
Bu dəfə sizi daha səmimi atmosferdə, fikirlərin və təcrübələrin bölüşüldüyü, şəxsi inkişaf və mühəndislik dünyasında real təcrübələrdən danışılan xüsusi bir görüş gözləyir. ✨
Görüş çərçivəsində iştirakçılar:
📌Mühəndislikdə karyera yolunu formalaşdırmaq
📌 Tələbələr üçün inkişaf strategiyaları
📌 Real iş mühitində qarşılanan problemlər və onların həlli
📌 Özünü inkişaf və motivasiya
📌 Tələbələr arasında networking və yeni əlaqələrin qurulması
kimi müzakirələrdə iştirak edəcəklər.
🤝 Tea Talk-un məqsədi:
Tələbələrə dəstək olmaq, rahat və sərbəst atmosferdə fikir mübadiləsi yaratmaq və mühəndislərin birlikdə inkişafına töhfə verməkdir.
📅 Tarix - 7 dekabr
⏰ Saat - 14:00
📍Concept Anti Cafe
Qeyd : Tea Talk yalnız Mexanika mühəndisliyi departamentinin üzvləri üçün nəzərdə tutulub.
December 05, 2025 - Paylaşdı: Admin